"Yaşıl dünya naminə həmrəylik ili"

Dövlət başçımızın 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi ilə bütün il ərzində bu sahədə fəaliyyətin daha da genişləndirilməsi və ətraf mühitin qorunması istiqamətində mühüm işlərin görülməsinə səbəb olmuşdur. Ətraf mühitin qorunması və mühafizəsi sahəsində görülən işlərdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Bu gün məktəbimizin 1-B sinfində İlhamə müəllimə şagirdləri ilə bərabər otaq bitkiləri əkmişlər. İlhamə müəllimə birincilərinə yaşıllıq salmağın, ağac əkmənin, otaq bitkilərinin sayını çoxaltmağın, təbiəti qorumağın faydaları haqqında məlumatlar verib. Otaq bitkilərinin əkilməsi, becərilməsi, qulluq edilməsi qaydalarını onlara əyani şəkildə göstərərək başa salıb. Uşaqlar çox həvəslə müəllimlərinə qulaq asıb, dediklərinə əməl edərək dibçəklərdə bitkilər əkmişlər. Uşaqlar nəinki bu il, hər zaman "Yaşıl dünya" naminə həmrəylik göstərəcəklərinə, ətraf mühiti qoruyacaqlarına söz verdilər. Afərin sizə, əziz təbiəti sevənlər!