18 oktyabr "Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş dərs

Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma xalqımız bu ağır günlərdə qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və sönməz etdi. Bu gün 1-B sinfində "Müstəqilliyimiz əbədidir, dönməzdir!" adlı dərs keçirildi. İlhamə müəllimə uşaqlara videoçarxlar göstərərək məlumatlar verdi. O bildirdi ki, ölkəmizə yeni can verən Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi ki, onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. Uşaqlar dərsdə şeirlər söyləyib, mahnılar oxudular. "Azadlığımız əbədidir!" adlı kompozisiya, "Üçrəngli bayrağımız" adlı rəqsini ifa etdilər. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi