10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günü.

Sağlamlıq dedikdə təkcə fiziki sağlamlıq başa düşülməməlidir. Eyni zamanda insanlar psixi sağlamlığının da qayğısına qalmalıdır. Təbii müşahidələrə əsasən demək olar ki, əgər insanda sağlam ruh, həyat eşqi varsa, o fiziki problemlərin də öhdəsindən gələ bilər. Hər il oktyabrın 10- u Ümumdünya Psixi Sağlamlıq Günü  kimi qeyd edilir. Bu mövzuda şagirdləri maarifləndirmək məqsədilə 63 nömrəli tam orta məktəbin psixoloqları A.Mirzəliyeva və A.Həsənova diaqnostik işlər və profilaktik söhbətlər apardılar. Şagirdlərə fiziki və psixoloji sağlamlığı mühafizə etməyin yolları aşılandı,sosiallaşmağın, ünsiyyət qurmağın əhəmiyyətindən söhbət açıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi