5- ci sinif şagirdləri ilə sorğu.
Oktyabr ayı ərzində 63 nömrəli tam orta məktəbin psixoloqları tərəfindən 5-ci sinif şagirdləri arasında sorğu keçirilib. Sorğuda 100-ə yaxın şagird iştirak edib. Onların yeni sinif və fənn müəllimlərinə olan münasibətləri öyrənilib, məktəblə əlaqəli bir sıra mövzularda onların fikri dinlənilib, müzakirələr aparılıb. Sorğunun nəticələrinə əsasən 5-ci siniflərdəki şagird- müəllim münasibətləri qiymətləndirilib.