"Yeniyetmələrin yaş xüsusiyyətləri və sağlam həyat tərzi " mövzusunda seminar.
1 oktyabr tarixində 63 nömrəli tam orta məktəbin 8A sinfində " Yeniyetmələrin yaş xüsusiyyətləri və sağlam həyat tərzi " mövzusunda maarifləndirici seminar təşkil olunub. Seminarda məktəbin həkimi Xəlilova Nərgiz, tibb bacısı Qəhrəmanova Mərdanə və məktəbin psixoloqu Mirzəliyeva Aygül iştirak edib. Seminarın əsas məqsədi yeniyetmə və gənclərə idman və sağlam həyat tərzini təbliğ etmək, eləcə də sağlam psixologiyaya və sosial rifaha malik olmağın yollarını aşılamaq olub. Mövzu ilə bağlı şagirdləri maraqlandıran bir sıra suallara cavab verilib.