ANIM GÜNÜ

27 sentyabr "Anım günü" ilə əlaqədar olaraq “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd Zəfər tariximiz barədə şagirdləri məlumatlandırmaq, şəhidlərimizi hörmət və ehtiramla yad etmək, şagirdlərin vətənpərvərlik tərbiyəsini təkmilləşdirilməkdir. Dövlət himninin oxunması və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 1d sinfinin rəhbəri Ülkər Muradova 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi haqqında şagirdlərə məlumat verdi. Bildirdi ki, 27 sentyabr Vətən müharibəsinin başlanma tarixi və möhtəşəm Qələbə tariximizdir. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında başlayan Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimiz, xalqımızın əzmi və iradəsi, birliyi və həmrəyliyi nəticəsində 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirilmiş, düşmən altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Xalqımız şəhidlərimizi unutmur, hər zaman böyük hörmət və ehtiramla yad edir. Daha sonra tədbir şagirdlərin hazırladığı kompozisiya ilə davam etdi, onların ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi