27 sentyabr "Anım Günü"
30 illik işğala son qoyan 44 günlük müharibəsinin başladığı 27 sentyabr tarixi qəhrəmanlıq, vətənpərvərlik rəmzinə çevrilən oğul, qızlarımızın əziz xatirəsinin Anım Günüdür. Müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayan şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq.
Anım Günü münasibətilə ölkəmizin hər yerində olduğu kimi Xətai rayonu Sədrəddin Həsənov adına 63 nömrəli tam orta məktəbdə 4Ç sinif şagirdlərinin və Qocayeva Məlahət müəllimənin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə direktor müavinləri, müəllimlər və şagirdlər iştirak etdilər. Şagirdlərimiz əsgərlərimizə, şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular.
Tədbirin sonunda "Qalib Azərbaycan xalqı" və "Müzəffər Ali Baş Komandan" şüarları səsləndirildi.