"Xalqa həsr olunan ömür" adlı dərs

Bu gün bütün türk dünyasını iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasından 101 il ötür. Bu gün məktəbimizin "4- B" sinfində "Yaşıl Dünya naminə həmrəylik ili" silsiləsində "Xalqa həsr olunan ömür" adlı dərs keçirildi. Dərsdə İlhamə müəllimə şagirdlərə söylədi ki, illər ötdükcə Heydər Əliyevin siyasi kursunun və inkişaf strategiyasının nə qədər uzaqgörən olduğu bir daha təsdiqini tapır. Bu siyasət nəticəsində ölkəmizdə müstəqilliyimizin milli-ideoloji əsasları möhkəmlənib. Dərsdə uşaqlar "Azərbaycan", "Xarıbülbül" kompozisiyalarını təqdim etdilər.Ulu Öndərimizə aid şeirlər söyləyib, mahnılar oxudular. Sinifdə uşaqların yaratdıqları guşədə maraqlı əl işləri və çəkdikləri rəsmlər var idi. Bütün mənalı ömrünü xalqa xidmətə həsr edən Ümummilli Lider dahi şəxsiyyət Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı tarixi xidmətləri misilsizdir.