Zərifə Əliyeva -101 il

Zərifə xanım Əliyeva haqqında söhbət açanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə işıq verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay  çatırdı:ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara...
 Bu gün 4-B sinfində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş "Zərifə Əliyeva ömrünün işığı" adlı dərs keçirildi. Dərsdə İlhamə müəllimə Zərifə xanım haqqında hazırladığı slaydları göstərərək məlumatlar verdi. Uşaqlar Zərifə Əliyeva haqqında  hazırladıqları  "Göz həkimi" adlı səhnəciyi təqdim etdilər. Zərifə xanım haqqında şeirlər söylədilər,"Ağ çiçəyim" rəqsini ifa etdilər.
Dərsdə Könül müəllimə də iştirak edərək, sonda həm İlhamə müəllimə, həm də şagirdlər haqqında xoş sözlər deyərək, görülən hər bir işi çox bəyəndiyini vurğuladı. 
Bu gün Zərifə xanımın nəcib ruhu bizimlədir. Nə qədər ki, Azərbaycan xalqı var, Azərbaycan elmi, mədəniyyəti var, Zərifə xanım həmişə bizimlədir, həmişə xalqımızın qəlbindədir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi