"Yaşıl Dünya naminə həmrəy olaq!" adlı dərs
22 aprel- Ümumdünya Yer kürəsi Günüdür.Bu gün münasibətilə 4-B sinfində "Yaşıl dünya naminə həmrəylik ili" silsiləsində "Yaşıl Dünya naminə həmrəy olaq!" adlı dərs keçirildi. Dərsdə uşaqlar Yer kürəsinin qorunması, ətraf mühitin təmiz saxlanılması, təkraremalın, ağac əkmənin faydaları haqqında məlumat verdilər. İlhamə müəllimə şagirdlərin verdiyi məlumatlarla bağlı fikirlər söyləyib, videoçarxlar göstərdi. Uşaqlar "Yer kürəsinin şikayəti" adlı səhnəcik təqdim edərək hamını təbiət qarşısında öz borclarını yerinə yetirməyə səslədilər.Onlar "Ağacların fəryadı" adlı kompozisiyanı , "Bənövşə" rəqsini ifa etdilər. Uşaqların "Tullantıdan sənətə" adlı yaratdıqları guşədəki əl işləri, "Yer kürəsini qoruyaq!" adlı rəsm sərgiləri füsunkar idi. İlhamə müəllimə şagirdləri ilə birlikdə hər zaman olduğu kimi yenə möhtəşəm iş ərsəyə gətirdi. Gəlin biz də, Dünyamızı, Yer kürəmizi yaşıllaşdırmaq naminə həmrəy olaq!