"Qisasın alındı, bil, ay,Xocalı! " adlı dərs

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! Bu gün "4-B" sinfində "Qisasın alındı, bil, ay,Xocalı! " adlı dərs keçirildi. Dərsdə İlhamə müəllimə "Xocalı faciəsi " haqqında geniş məlumat verərək bildirdi ki, yer üzündən silinən ailələrin müsibətinə, qundaqda ömrü qırılan körpələrin yarımçıq taleyinə ağladıq, gözlərimiz qan-yaş tökdü. Qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min-bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağına and içdik... 2020-ci ilin Vətən müharibəsi həm də şəhidlərimizin qarşısında verdiyimiz o andın yerinə yetirdiyi savaş kimi Azərbaycan tarixinə həkk olundu... Uşaqlar "Xocalı faciəsi" nə aid şeirlər söyləyib, məlumatlar verdilər. "Qisasın alındı, ay Xocalım!" adlı ədəbi- bədii kompozisiyasını təqdim etdilər. Onların "Xocalı uşaqların gözü ilə" adlı çəkdikləri rəsmlər və əl işləri hər zaman olduğu kimi təqdirə layiq idi. Xocalı soyqırımının 32-ci ildönümünü Xocalının qisasını alındığı gün kimi yad edirik. Soydaşlarımızın başına gətirilən bu müsibəti hayqırır, Xocalı faciəsində yaşananları bir daha ictimaiyyətinin nəzərinə çatdırırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi