"Ana dilimizi sevək, sevdirək" adlı dərs

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. "Beynəlxalq Ana dili Günü" münasibətilə "4 B" sinfində "Ana dilimizi sevək, sevdirək" adlı dərs keçirildi. Dərsdə İlhamə müəllimə uşaqlara videoçarxlar göstərərək ana dilimizin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə münasibət qurmasında mühüm rol oynadığı haqqında məlumat verdi. Uşaqlar "Ana laylası", "Ana dilimizi qoruyaq" adlı ədəbi-bədii kompozisiyalar hazırlayıb təqdim etdilər. Ana dili haqqında şeirlər söyləyib, mahnılar oxudular. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi