Zərərli vərdişlərə yox deyək

Son dövrlərdə cəmiyyətimizin ən aktual problemlərindən biri məhz zərərli vərdişlərə aludəçilikdir. Zərərli vərdişlər dedikdə siqaret çəkmək, spirtli içkilər qəbul etmək və narkomaniyaya meyl nəzərdə tutulur.Bu vərdişlər insan sağlamlığı üçün ciddi təhlükələr yaradır və cəmiyyətimizi, gəncliyimizi məhvə sürükləyir.Çox təəssüflər olsun ki,bu kimi zərərli vərdişlərin məktəblilər, yeniyetmələr arasında yayılma riski də var. Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə əsas rolu məktəb psixoloqları, pedaqoji kollektivlər, valideynlər və ictimaiyyətin başqa nümayəndələri oynayır. 63 nömrəli tam orta məktəbin psixoloqları A.Mirzəliyeva və A.Həsənova narkomaniyanın profilaktikası və qarşısının alınması məqsədilə yuxarı sinif şagirdləri ilə mütəmadi söhbətlər aparıb,profilaktik seminarlar təşkil ediblər.Bu seminarlarda şagirdlərə bu kimi vasitələrdən uzaq olmaq tövsiyə olunub, zərərli vərdişlərin insan sağlamlığına vurduğu ağır fəsadlar barədə məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi