"20 Yanvar " faciəsinə həsr olunmuş dərs

    "20 Yanvar" faciəsi xalqımızın müstəqillik uğrunda mübarizəsinin təməl günüdür. Bu gün məktəbimizdə "20 Yanvar" faciəsinin 34-cü ildönümü ilə əlaqədar "4-B" sinfində "Azadlığa gedən yolun zirvəsi" adlı dərs keçirildi.Əvvəlcə "20 Yanvar" şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərsdə İlhamə müəllimə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi haqqında məlumat verib. Şəhidlər arasında Larisa, İlqar, Nəriman, Vera kimi məktəblilər də olub. Uşaqlar onlar haqqında "Onların da arzuları var idi... " adlı ədəbi-bədii kompozisiya hazırlayıb təqdim ediblər. Mövzu ilə bağlı şeirlər söyləyiblər.

   Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi