"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə tədbir
30 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, S.Həsənov adına 63 № -li tam orta məktəbdə “Heydər Əliyev İli” və “ 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin şagirdlər arasında geniş təbliğ edilməsi, tarixi günlərin əhəmiyyətinin onlar tərəfindən mənimsənilməsi, belə hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, vətənpərvərlik hissini yüksəltməkdir.Tədbirdə ilk öncə vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru. C.Tarverdiyev tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edərək Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdı. Tədbirdə şagirdlər bir-birindən gözəl şeirlər söyləyərək hazırladıqları səhnəcikləri təqdim etdilər. Daha sonra şaxta baba və qar qız tərəfindən şagirdlərə yeni il hədiyyələri təqdim edildi.