Nağıllar aləminə səyahət

Bu gün Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində məktəbin kitabxanasında "4-B" sinfinin "Nağıllar aləminə səyahət " adlı tədbiri keçirilib.Tədbirdə uşaqlar  S S.Axundovun "Qorxulu nağıllar" silsiləsindən "Qaraca qız" hekayəsindən bir hissəni səhnələşdirmişlər.Tədbir zamanı uşaqlar S.S.Axundov haqqında məlumat verib,onun yaradıcılığından söhbət açmışlar.Uşaqlar səhnəciyə baxdıqdan sonra obrazları xarakterizə edib,müqayisə aparıb öz düşüncələrini ifadə etmişlər.Tədbirdə məqsəd  uşaqların oxuyub anlama,dinləyib anlama bacarıqlarını ,eləcə də  mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı,kitaba marağın artırılmasına yönəlmişdir.
Uşaqlar müxtəlif mühitlərdə böyüyən uşaqlara münasibəti,sərbəst inkişafı əlindən alınan Ağca xanımı,faciəvi həyat yaşaylb özünü dostu yolunda fəda edən Qaraca qızı yaxından tanıyıb,göstərdikləri səhnəcik vasitəsilə daha mükəmməl mənimsəmişlər.Onlar arasındakı dostluq münasibətlərinin ülviliyi ilə tanış olan uşaqlar başa düşür ki,dostlarla ünsiyyət imkanları güclü,özlərinə inamlı,psixi cəhətdən sabit edir.
Uşaqların belə hər tərəfli inkişaf etməsində İlhamə müəllimənin rolu böyükdür.Bu da onun növbəti uğurlu işlərindən biridir.Uğurlarınız bol olsun,İlhamə müəllimə.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi