" Zəfərə gedən yol " adlı tədbir

Noyabrın 7-si tariximizin ən parlaq səhifəsi Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan " 8 noyabr -Zəfər günü"nə həsr olunmuş  " Zəfərə gedən yol" adlı tədbir keçiriib. Tədbirdə məktəbin yuxarı və aşaöı sinif şagirdləri birgə çıxış etdilər. Onlar doğma Qarabağımıza həsr olunmuş qələbə ruhlu şeirlər və mahnılar oxudular. Hazırladıqları videoçarxları nümayiş etdirdilər. Şagirdlərimiz hazırladıqları səhnəciklərdə şəhidliyin necə bir uca zirvə olduğunu və həs kəsə nəsib olmadığını, yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən insanların yüksələ bildiyini vurğuladı.

Sonda tədbirdə məktəbin direktoru C.M.Tarverdiyev çıxış etdi. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük müharibədən və bu gün Xankəndində dalğalanan bayrağımızın keçdiyi tarixi yoldan danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi