Bakı Zooloji Parkına ekskursiya
Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan " Bakı Zooloji Parkında dərs ekskursiyaların təşkilinə dair təlimat " və "Zooparkda keçirilməsi tövsiyə olunan mövzuların siyahısı"na əsasən 2 noyabr tarixində Bakı Zooloji parkına səyahət etdik. Bu dərs ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək , dərsə marağını və Azərbaycanın faunası barədə məlumatlılıq səviyyəsini artirmaqdan ibarətdir. 3-D sinfi olaraq biz də " Canlıların müxtəlifliyi" mövzusunda dərs ekskursiyamızı həyata keçirdik və çox böyük təəsuratla qayıtdıq.