27 sentyabr "Anım Günü"
30 illik işğala son qoyan 44 günlük müharibəsinin başladığı 27 sentyabr tarixi qəhrəmanlıq, vətənpərvərlik rəmzinə çevrilən oğul, qızlarımızın əziz xatirəsinin Anım Günüdür. Müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayan şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq.
Anım Günü münasibətilə ölkəmizin hər yerində olduğu kimi Xətai rayonu Sədrəddin Həsənov adına 63 nömrəli tam orta məktəbdədə tədbir keçirildi. Tədbir şəhidimiz Füzuli Əliyevin yaşadığı evin qarşısında, Abidəsinin önündə keçirildi. Tədbirdə məktəbin direktoru, direktor müavini, müəllimlər və şagirdlər iştirak etdilər. Şagirdlərimiz əsgərlərimizə, şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular.
Məktəbin tarix müəllimi müharibə ilə bağlı fikirlərini söylədi. Məktəbin direktoru Cavanşir müəllim çıxış etdi. Əsgərlərimizin igidliyindən, qələbə uğruna göstərdikləri qəhrəmanlıqlarından danışdı. Tədbirin sonunda "Qalib Azərbaycan xalqı" və "Müzəffər Ali Baş Komandan" şüarları səsləndirildi.