"Müstəqilliyimiz əbədidir"
Bu gün məktəbin akt zalında "3-B" sinif şagirdləri Ulu öndər Heydər Əliyev çərçivəsində "Müstəqillik Günü"nə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı ədəbi-bədii kompozisiyası təqdim etmişlər.28 May-Müstəqillik Günü xalqımızın tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Azərbaycan xalqı özünün azadlığı uğrunda daim mübarizə aparıb,istiqlaliyyətini elan edib.Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib.23 ay ömrü olmağına baxmayaraq böyük uğurlar əldə edib.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz bütün çətinliklərdən xilas olaraq ,sabit inkişaf yoluna qədəm qoymuşdur.
Uşaqlar maraqlı kompozisiyalar göstərib,şeirlər söyləyib,mahnılar oxuyublar.Onların "Azadlıq rəmzi","Xarıbülbül" kompozisiyaları tədbir iştirakçılarını heyran etdi.Əl işləri hər zaman olduğu kimi çox maraqlı idi.Uşaqlar "Heydər babanın nəvələriyik","Azərbaycan bayrağı","Yaşa,Azərbaycan" adlı mahnıları da ifa ediblər.
İlhamə müəllimə hazırladığı bu tədbirə də öz imzasını atmışdı.Uşaqlar xalqımızın müstəqilliyə nail olması üçün hansı mərhələdən keçdiklərini öz çıxışları ilə mükəmməl təqdim etdilər.