"Zərifə Əliyeva 100 il"

Bu dünyaya vida deyib sənətindən,peşəsindən asılı olmayaraq xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti,nə yaxşı ki,hələ qalıb.Bu adət xatırlanan şəxsin timsalında bizə bir millət,bir xalq kimi nələrə qadir olmağımızın ,kimlərlə  təmsil etməyimizin qürurunu yaşatmaqla bərabər,həm də çağdaş dövrdə və bundan sonra da özümüzə bir qədər kənardan baxmaq,özümüzü dəyərləndirmək imkanı yaradır.
Bu gün 3 B sinfində belə insanlardan biri -akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş "Gözlərə işıq,qəlblərə nur bəxş edən alim" adlı dərs keçirildi.Dərsdə İlhamə müəllimə Zərifə Əliyevanın həyat və fəaliyyəti ,tibb sahəsində gördüyü işlər,etdiyi xeyirxahlıqlar haqqında söhbət açdı,videoçarxlar göstərdi.Zərifə xanımın elmi fəaliyyəti ilə yanaşı qayğıkeş ana,vəfalı ömür-gün yoldaşı olduğunu uşaqların nəzərinə çatdırdı.
Uşaqlar Zərifə Əliyeva haqqında şeirlər söyləyib,səhnəciklər göstərmişlər.Onun haqqında məlumat toplayıb guşə yaratmışlar

Unudulmayan insanlar sağlığında öz əməlləri ilə ölməzlik qazananlardır.Öz mənəvi  ucalığı ilə cəmiyyətə nümunə olanlardır!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi