İnteraktiv Elm Muzeyinə ekskursiya

8 C sinif şagirdləri tərəfindən Hədəf STEAM liseyində yerləşən Elçin Abbasov adına İnteraktiv Elm Muzeyinə ekskursiya təşkil edildi.
Ekskursiyada şagirdlərə Elçin Abbasov özünün hazırladığı və muzeydə mövcud texniki avadanlıqlar haqqında məlumat vermişdir. Azərbaycanda yaratdığı ilk dronu şagirdlərə nümayiş etdirmişdir.