"Beynəlxalq Ana dili Günü"

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir.
21fevral-Beynəlxalq Ana dili Günü"dür. Bu münasibətlə 3-B sinfində "Ana dilimiz qürur mənbəyimizdir" adlı dərs keçirildi. Dərsdə İlhamə müəllimə şagirdlərinə xalqın keçdiyi tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün dilin əsas vasitələrdən biri olduğu haqqında məlumat verdi. Uşaqlar Ana dili haqqında şeirlər söyləyib, mahnılar oxudular. "Durğu işarələri", "Ana laylası" haqqında səhnəciklər göstərib, "Uzundərə" Azərbaycan xalq rəqsini ifa etdilər.
Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir.