Ümummilli lider Heydər Əliyevin 95 illiyi
9 may 2018-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Bu günün şagirdi sabahın əsgəridir” devizi altında rayon məktəblilərinin hərbi paradı keçirildi.
Paradda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayonun idarə, müəssisə, təşkilat, səhiyyə və təhsil ocaqlarının rəhbərləri, habelə rayon ictimaiyyəti, Rayon Veteranlar Şurasının, digər ictimai birlik və təşkilatların nümayəndələri iştirak etdilər.
Həmçinin paradda məktəb-liseyimizin şagirdləri də fəal iştirak etdi.