Beynəlxalq Muzeylər Günü

    Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə 18 may tarixində “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq.

   Bu münasibətlə məktəbimizdə də tədbirlər keçirilib və muzeylərə səfərlər edilib. 17 may tarixində 8A sinfində keçirilən ingilis dili dərsi “Beynəlxalq Muzeylər Günü” nə həsr edilib. Dərsdə fənn müəllimi Fatma Abbasova uşaqlara dünyanın tanınmış muzeylərindən olan Parisdəki “Luvr” muzeyi, Sank-Peterburqdakı “Ermitaj" muzeyi, Londondakı “Britaniya muzeyi” və Nyu-Yorkdakı “Müasir İncəsənət muzeyi” haqqında hazırlanmış video materiallar təqdim etdi və bu muzeylər haqqında ətraflı məlumat verdi. Uşaqlar əldə etdikləri məlumatlara əsaslanaraq qrup işləri işlədilər və öyrəndikləri informasiyaları müzakirə etdilər.

    Uşaqlar Azərbaycanın məhşur muzeyləri  haqqında maraqlı disskusiya  keçirdilər. Muzeylərə  şagirdlərin ekskursiyalarının səmərəsi və daha maraqlı keçirilməsi üçün bir neçə maraqlı fikirlər söylənildi.

 

 

 

 

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi