Maarifləndirici söhbət aparıldı

     Bu gün məktəbin psixoloqu Nəcibə Bayramova 7A sinfində "Məktəbdə davranış qaydaları" adlı maarifləndirici söhbət apardı.

     Məktəbə gələn hər bir şagird öz ailəsindəki tərbiyəni, davranış qaydalarını təcəssüm etdirir. Odur ki, hər bir şagird öz ailəsi haqqında mənfi fikir yaranmaması üçün ağıllı və normal şəkildə hərəkət etməyə borcludur. Sinifdə nizam-intizam qaydalarına riayət etməklə gələcəkdə qanunlara hörmət etməyi, cəmiyyətdə özünü idarənin düzgün formalaşmasına nail olurlar, həmçinin həyat və sağlamlığının təminatı, şəxsiyyətə hörmət, ünsiyyət bacarıqlarını inkişaf etdirirlər.

     Söhbətdə şagirdlər çox fəal iştirak etdilər. Onların fikirlərini diqqətlə dinlədik və gələn söhbətlərimizdə bu mövzulara daha da toxunacağımıza söz verdik.

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi