“Ayın ən yaxşı oxucusu” mesabiqəsinə start verdik

    Bu gün məktəbin kitabxanasında “Ayın ən yaxşı oxucusu” müsabiqəsi çərçivəsində mütaliə sorğusu keçirildi. Məqsəd şagirdlərdə mütaliə vərdişləri tərbiyə etmək, mütaliə üçün götürülən kitabların oxunması və müzakirəsini dəyərləndirməkdir. Sorğunun I mərhələsində ibtidai sinif şagirdləri iştirak etdi və kitabxanamızın fəal oxucuları olan şagirdlərə kitablar və mütaliə haqqında suallardan ibarət testlər paylanıldı. Sorğuya əsasən “Ayın ən yaxşı oxucusu” adını qazanan şagird mükafatlandırılaraq şəkli məktəbin “Fəxri kitabı”na daxil ediləcək.

       Layihə tədris ili boyunca həm ibtidai, həm də yuxarı sinif şagirdləri ilə aparılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi