Tahir İbrahimxəlil oğlu Həsənovun anım günü keçirildi

      Bu gün “Qəhrəmanlarımızı tanıyaq, tanıdaq” layihəsi üzrə II təqdimat oldu. 6B sinif şagirdlərinin sinif müəllimi Afilə Süleymanova ilə birgə hazırladıqları tədbirdə məktəbin adını daşıdığı qəhrəman, şəhid Tahir İbrahimxəlil oğlu Həsənovun həyat və fəaliyyəti, onu qəhrəmanlığa aparan yolun bəzi anları xatırladıldı. Tədbirdə şagirdlər həm video çarxlardan, həm də canlı ifadan istifadə etdilər.

     Şagirdlər Emil Hüseynov, Sadiq Bayaramov, Nihad Ələkbərli qəhrəmanlıq  haqqında şeirlər söylədilər, “Sən gəlməz oldun” mahnısını Ramal Rəsulzadə balabanda ifa etdi. Gülarə Qədimova və Firuzə Məşədiyeva isə “İgid əsgər” mahnısını ifa etdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi