Oyun tipli dərs keçirildi

     Bu gün 6A sinfində coğrafiyadan, bölmə sonu yarış keçirdik. Mövzu: "Hidrosfer" bölməsinin təkrarı idi. Rəngli kağızlarda suallar yazdım və lövhədən asdım. Suallar əyləncəli idi. Hər bir şagird müəllimin verdiyi suala cavab verərək, lövhədəki suallardan seçdi. Cavab verən şagird kağızın iç üzündəki adı yazılmış yoldaşı ilə yarışdı. II mərhələdə yüksək bal toplayan şagirdlər bir-birilə yarışdı. Axıra qalan şagird qalib oldu. 

     Beləliklə, şagirdlər həm maraqlı dərs keçdi, həm də qalib olmaq üçün bütün bölməni təkrarlamış oldu. Bugünkü dərsimizin qalibi Rzayev Həsən oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi