Şuşa musiqimizin beşiyi

    Qarabağın incisi Şuşa şəhəri qədim zamanlardan musiqinin beşiyi kimi məşhurlaşmışdır. Zirvəsi dumanlı-çənli, sinəsi nəğmə dolu olan Şuşanı haqlı olaraq “Qafqazın konservatoriyası” adlandırmışlar. Bu qədim şəhərin tarixini vərəqləsək görərik ki, burada Azərbaycan musiqi mədəniyyətində iz qoyan bir çox dahi sənətkarlar yaşayıb yaratmışlar. 
18.04.2024-cü il tarixində Musiqi dərsində “Şuşa musiqimizin beşiyi” adlı təqdimat keçirildi. 6sinif şagirdləri Yəhyayeva Aylin, Vəliyeva Ayan,  Süleymanlı Yunus, Ramazanova Yasəmən, Məmmədova Ruqayyə öz təqdimatlarında mədəniyyət ocağı olan Şuşa şəhərinin tarixindən və onun yetişdirdiyi sənətkarlardan maraqlı məlumatlar təqdim etdilər. Tədimatda şagirdlər həmçinin, “Şuşanın dağları” rəqsini ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi