Novruz gəlir yaz gəlir

    Yeni gün bayramı, Bahar bayramı kimi adlandırılan Novruz türkmənşəli xalqlara məxsusdur. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması oyanışı, yeni ilin başlanğıcı kimi bayram etdiklərinə görə belə adlandırılıb. Novruz bayramının ən təmtəraqlı keçirildiyi ölkə Azərbaycandır, desək, yanılmarıq. Bu ərəfədə Novruza hazırlıqlar başlayır, təmizlik işləri görülür, bayram şiriniyyatları bişirilir, süfrələr bəzədilir.

    Bu gün də məktəbimizin ibtidai sinif müəllimi Musayeva Fatimənin rəhbərliyi ilə 1a sinifi ilə maraqlı tədbir keçirdi. Tədbirdə şagirdlər şeir, mahnı və rəqsləri ilə hər kəsi şənləndirdilər. Novruz atrebutları olan kosa keçəl və bahar qızı şənliyə xüsusi rəng qatdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi