"Dəyirmi masa"

21 fevral 2017-ci ildə məktəbimizin 10A sinfində Xocalının işğalının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masanın təşkilatçıları 10A sinif şagirdləri və sinif rəhbəri Abbasova Fatma idi. Tədbirdə məktəbin direktoru Gülnarə Cəfərova, məktəbin təlim-tərbiyə işləri üzrə müavini Dilbər Rzayeva və məktəblinin dostları iştirak etdi. Dəyirmi masa Azərbaycanın himni ilə başladı və sonra sinif rəhbəri Xocalı haqqında qısa məlumat verdi. Uşaqlardan bir çoxu Xocalının işğalından, fevralın 25-dən 26-na keçən dəhşətli gecə haqqında, faciənin səbəbkarları haqqında, ölənlər, yaralananlar, girovlar və s. haqqında məlumat verdilər. Şagirdlərdən Lamiyə və Məhər Xocalıya aid şeir söylədilər. Tədbir faciəyə aid slaytlar göstərilməsi ilə başa çatdı. Dəyirmi masanın məqsədi şagirdləri düşmən üzərində qələbəyə ruhlandırmaq, onları torpaqlarımızın azadlığı uğrunda mübarizəyə çağırmaq və onlara erməni işğalçılarının necə murdar, qaniçən olduqlarını göstərməkdir.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi