Vətənimizi tanıdaq

   Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcədə milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bu məqsədlə BŞTİ-nin 3-29-59/3-2-103F/2024 "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində silsilə tədbirlər davam edir. Bu gün də məktəbin Uşaq Birliyi Təşkilatçı Rəhbəri Mustafayeva Sima 7ç sinifində "Vətənimizi tanıdaq" adlı təqdimat keçirdi. 8b sinif şagirdi Məşədiyev Nuran, 7ç sinif şagirdləri Oruczadə Aylin və Nağdalıyeva Aytac maraqlı məlumatlarla çıxış etdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi