"Milli musiqimiz milli sərvətimizdir"

   Azərbaycan musiqi mədəniyyəti zəngin və çoxəsrlik tarixə malikdir. Xalqımızın yaradıcılıq istedadını özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, aşıq musiqimiz min illərin sınağından keçərək bu günə gəlmişdir. Bu gün zəngin musiqimiz dünyada sevilə-sevilə dinlənilir, könülləri fəth edir. 29.02.2024-cü il tarixində Musiqi dərsində 6b sinif şagirdləri ilə “Milli musiqimiz milli sərvətimizdir” mövzusunda təqdimat keçirildi. Təqdimatda Abbasova Aygün, Mənsimli Kamilə, Heydərli Zəhra, İbrahimli Zəkiyyə Azərbaycan xalq musiqisinin müxtəlif qolları haqqında danışdılar. Xəlilova Nərgiz və Mehdiyeva Zəhra Azərbaycan xalq rəqsi olan “Nəlbəki” rəqsini təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi