Su çərşənbəsi

  Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün birinci çərşənbə Su çərşənbəsi kimi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyilir. Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.Məhz bu mövzu ilə bağlı 2a sinfində "Su çərşənbəsi" adlı təqdimat edildi. Sinif rəhbəri Kələntərova Aida su çərşənbəsi haqqında maraqlı məlumatlar verdi. Sinifdə təcrübəyə gələn gənc müəllimlər Əsgərova Jalə, Vəliyeva Aybəniz şagirdlərə su çərşənbəsi haqqında adət-ənənələrdən danışdılar, mahnı oxutdurdular, səhnəciklər göstərdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi