26 Fevral Xocalı soyqırımını unutmarıq

  "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş təzahürüdür". Bu məqsədlə bu gün məktəbimizdə silsilə tədbirlər keçirilmişdir. 26.02.2024-cü il tarixində pedaqoji kollektivin bir qrup üzvü ilə birlikdə "Ana harayı" abidəsini ziyarət etdik. Sonra məktəbin ibtidai sinif müəllimi Fatimə Musayeva və 5a sinif rəhbəri Şəhla Səlimovanın rəhbərliyi ilə maarifləndirici tədbirlər keçirildi. 

   26 fevral Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunmuş Nərimanov rayon məktəblilərinin arasında dama oyunu keçirilmişdir. Məktəbimizin 7b sinif şagirdi Hüseynzadə Arzu 2-ci yerə çıxmışdır. Qalib gələn şagirdlər medal və sertifikatla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi