İclas keçirildi

  Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tövsiyə xarakterli məktubuna əsasən 02.02.2024-cü il tarixində məktəbin valideyn komitələri və pedaqoji kollektivin iştirakı ilə görüş keçirildi. Görüşdə şagirdlərin, müəllim kollektivinin təhlükəsizliyinin təminatı, sağlam mənəvi-psixoloji mühitin yaradılması, risk qrupuna daxil olan şagirdlərin müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması mövzusunda müzakirələr edildi. Məktəb psixoloqu Nəcibə Bayramovanın risk qrupuna daxil olan şagirdlər və onların valideynləri ilə apardığı işlərin hesabatlılığı dinlənildi. Məktəbin direktoru Aytən Sadıqova mövcud olan və qarşıya qoyulan məsələlər barədə görüş iştirakçılarını dinləyərək, öz fikir və tövsiyələrini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi