"Qisasınız alındı, şəhidlərimiz!" adlı təqdimat keçirildi

    20 Yanvar 1990-cı il... Həmin gün çökməkdə olan sovet imperiyası son gücünü toplayaraq azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə qalxan xalqımızı fiziki və mənəvi təcavüzə məruz qoydu. O müdhiş gecədə güclü zirehli texnika ilə silahlanmış ordu əliyalın, köməksiz insanları al qanına boyadı. Qadağan olunmuş güllələrdən istifadə edərək neçə-neçə soydaşımızı al qana qərq etdilər, nə qədər insan yaralanaraq şikəst oldu, qaçıb canını qurtarmaq istəyənlər təqibə məruz qalaraq vəhşicəsinə öldürüldü, köməyə gələn təcili yardım maşınları gülləbaran edildi...Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün xatırlanacaq, yad ediləcək. Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşayacaq Bu gün müstəqil, qüdrətli, Azərbaycan xalqımızın ən böyük sərvətidir. İllər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Xalqın milli qürur günü heç vaxt unudulmayacaqdır. 20 Yanvar bizim milli qürur günümüzdür.Məktəbin bütün siniflərində 20 Yanvar milli Qürur günü kimi yad edildi, xatırlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi