Azərbaycan operasının incisi "Leyli və Məcnun"

   “Leyli və Məcnun” Üzeyir Hacıbəylinin yaradıcılıq yolunun ilk mərhələsi, həm də musiqi sənətində fəth etdiyi ilk zirvə idi. Məhəmməd Füzulinin eyniadlı əsəri əsasında yazılan opera 1908-ci ildə səhnəyə qoyulmuşdur. Azərbaycan musiqi sənətinin xəzinəsi sayılan “Leyli və Məcnun” 115 ildən artıqdır ki yaşayır və Azərbaycan milli operasının inkişaf yolunu işıqlandırır.

    Musiqi dərsində 7ç sinif şagirdləri Nağdalıyeva Aytac, Oruczadə Aylin, Allahyarlı Leyla, Hüseynzadə Röya, Əlizadə Duyğu, Vəliyeva Gülsüm, Xosiyeva Zəhra  Azərbaycan operasının incisi “Leyli və Məcnun” mövzusunda təqdimat nümayiş etdirdilər. Təqdimatda operanın yaranma tarixindən, səhnələşdirilməsindən ətraflı bəhs edildi. Slaydlar təqdim olundu, video çarx göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi