Heydər Əliyev və Azərbaycan tarixi

   Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edir. 12 dekabr Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi Heydər Əliyevin anım günüdür. Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu gün ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Bu məqsədlə Tarix fənn müəlliməsi Tanırverdiyeva Aybənizin rəhbərliyi ilə məktəbimizin 7-ci sinifləri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda Bilik, Vətən, Dünya, Tarix komandalarından ibarət yarış keçirildi. Yarışda ulu öndər Heydər Əliyev və Azərbaycan tarixindən maraqlı suallar verildi. Birinci yerə 7c sinfi Vətən komandası layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi