Uşaqlığımızın unudulmaz xatirəsi- Bakı tramvayı

Müasir dünyamız elm və texnika əsridir. Nəqliyyat vasitələrsiz həyatımızı təsəvvür etmək olmaz. Nəqliyyat vasitələri insanlar üçün çox vacibdir. İnsanlar gəzmək, qida və sığınacaq tapmaq üçün qədim zamanlardan bir yerdən başqa yerə gedib. Bunun üçün müxtəlif nəqliyyatdan istifadə edib. Tramvaylardan da əvvəllər çox istifadə edilib. Hal-hazırda tramvaylar bəzilərimizin uşaqlıq və gənclik illərindən xatırladığımız ən gözəl xatirələrdə yer alır. 1889-cu ildə yeganə şəhər nəqliyyatı üçün Bakıda "konka" tikilib. Ancaq bu nəqliyyat növü tələbatı tam ödəmədiyi üçün 1922-ci ildə tramvay xətlərinin tikintisinə başlanmışdır və 1924-cü il fevralın 8-də elektrikli tramvay yolu istifadəyə verildi. Bu gün məktəbimizin 4c sinfində "İlk tramvayların fəaliyyəti" haqqında təqdimat edildi. Təqdimat zamanı sinif rəhbəri Gültəkin İbadova şagirdlərə ilk tramvayın yaranması tarixindən danışdı, filmlər numayiş etdirdi.