31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı dəyirmi masa

     Martın 29-da Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbin kitabxanasında  və siniflərdə  1918-ci il 31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı dəyirmi masa və təqdimatlar  keçirildi. Məktəbin  3, 8,9 cu sinif şagirdləri və müəllimlər iştirak etdilər.  Soyqırımı qurbanlarının, həmçinin ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilldi.Tədbiri  giriş sözü ilə açan  tarix müəllimi  Mustafayeva Pərvanə 1918-ci il 31 Mart Soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğunu bildirdi . Daha sonra  dəyirmi  masada və təqdimatlarda  çıxış edən şagirdlər 31 Mart Soyqırımının xalqımızın tarixi yaddaşında  əbədi və silinməz yer tutduğunu, mənfur bolşevik-daşnak qüvvələri tərəfindən  müsəlman-türk əhaliyə qarşı həyata keçirilən soyqırım zamanı minlərlə insanın həlak olduğunu qeyd etdilər. Sonda 31 mart soyqırım günü ilə bağlı film göstərildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi