Coğrafiya fənnindən açıq havada  açıq dərs

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən   məktəbin həyətində  açıq havada  Coğrafiya fənnindən  açıq dərs keçirildi.  8 ci siniflərlə  Azərbaycan Dövlət  Pedaqoji Universitetinin Tarix və  Coğrafiya fakültəsinin V kurs tələbəsi  Abdullayeva Məryəmin dərsi çox maraqlı keçdi. Dərsin mövzusu Azərbaycanın bitki  və heyvanat  aləmi idi. Yurdumuzun füsunkar təbiətini  əyani şəkildə göstərməklə şagirdlər açıq  havada görünən ağacların, bitkilərin, torpağın xüsusiyyətlərini, onların yayılma arealını araşdırdılar. Təbiətdə bir çox maraqlı  faktlarla  qarşılaşdılar. Dərsin sonunda isə  xüsusi fəallıq göstərən  şagirdlərimiz  rəğbətləndirildi.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi