Yaddaşlardan silinməyən faciə

    Yaddaşlardan silinməyən faciə.Bu gün Fevral ayının 26 da Xətai rayonu E.Yəhyayev adına 56 nömrəli tam orta məktəbin 7 A sinfində Azərbaycan dili dərsi Xocalı faciəsinin Anım Gününə həsr olundu.Azərbaycan dili müəllimi Əlixanova Rübabə dərin kədər hissi ilə bir daha uşaqları məlumatlandırdı:”Azərbaycan xalqının yaşadığı ən dəhşətli faciə məhz Xocalı faciəsidir.Bu faciə təsadüfi faciə deyildir.Erməni fitnəkarları xalqımızı qorxutmaq,mübarizə əzmini qırmaq,tarixi torpaqlarımızı ələ keçirmək niyyətində idilər. İllər boyu bu niyyət ürəklərində kök salmışdır.Belə də etdilər, Xocalıda analoqu olmayan belə bir vəhşiliyi həyata keçirdilər.Lakin xalqımız bu dəhşətdən də qorxmadı, alnıaçıq,üzüağ çıxaraq öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdilər,qəhrəmanlıq və dəyanət nümayiş etdirdilər.Sonunda da hörmətli Prezidentimiz İlham Əliyev cənabları öz “ dəmir yumruğu” ilə onlara öz yerini göstərdi”.Dərsin sonunda şagirdlər də öz ürək sözləri , şeirləri ilə Xocalı fədakarlarını yad etdilər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi