“Ana dilim  Milli-mənəvi dəyərlərimizin anasıdır” mövzusunda tədbir

    Ana dilim  Milli-mənəvi dəyərlərimizin anasıdır. Hər bir xalqın milli- mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan  xalqının ana dili onun  ən güclü silahıdır. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi , qorunması və inkişafı  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün fevralın 22-də Xətai rayonu E.Yəhyayev adına  56 nömrəli tam orta məktəbin 9 c sinif şagirdlərinin iştirakı ilə məktəbin  Akt zalında  “Ana dilim  Milli-mənəvi dəyərlərimizin anasıdır” mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Könül xanım Hüseynova, TTİ üzrə direktor müavini Vəfa  Qafurzadə , tərbiyə işləri üzrə təşkilatçı  Xatirə Əhmədova ,icma rəhbəri  Fuad müəllim, metodbirləşmə sədri Gülnarə Nəcəfova və şagirdlər iştirak etdilər. Tədbirin  sonunda Könül Hüseynova çıxış edərək Gülnarə müəlliməni və şagirdlərin hər birini alqışladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi