"Ana dilim əzizdir" mövzusunda tədbir

    Ana dilim əzizdir

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan xalqının ana dili onun milli varlığıdır.

Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün fevral ayının 21-də Xətai rayonu E.Yəhyayev adına 56 nömrəli tam orta məktəbin 10B sinfindən ibarət məktəbin kitabxanasında "Ana dilim əzizdir" mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin direktoru hörmətli Könül xanım Hüseynova, müavinlər Vəfa Qafurzadə və Xatirə Əhmədova, icma rəhbəri hörmətli Fuad müəllim, metodbirləşmə sədri Gülnarə Nəcəfova iştirak etdilər. Tədbiri sinfin Azərbaycan dili və ədəbiyyat müəllimi, həm də həmin sinfin rəhbəri Əlixanova Rübabə açıq elan etdi. Himn səsləndi, şagirdlərin ifasında mahnılar təqdim olundu. 10B sinif şagirdləri C.Məmmədquluzadənin "Anamın kitabı" əsərinə müraciət edərək səhnəcik təqdim etdilər. Tədbir çox möhtəşəm və maraqlı keçdi. Qonaqların hər biri maraqlı və yaddaqalan çıxışlar etdilər. Tədbirin sonunda bir daha Könül Hüseynova çıxış edərək şagirdlərin hər birini alqışladı.

     Məktəbin kitabxanasında həm də  Beynəlxalq  Ana dili gününə həsr edilmiş ədəbi-bədii kompozisiyadan ibarət tədbirdə rus bölməsinin şagirdləri fəal  iştirak  etdilər. Burada Ulu öndər Heydər Əliyevin  Azərbaycan dilinə  verdiyi dəyər,onun qorunub saxlanması üçün daim çalışması haqqında danışıldı. Şagirdlər Ana dilinə aid  gözəl şeirlər söylədilər. B.Vahabzadənin   “Mərziyyə “ poeması xatırlandı. Şagirdlər Ana dilinə aid  aforizmlər söylədilər.Ana dilinə aid mahnı oxudular  və milli rəqs nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi