‘’Dilimiz varlığımızdır’’mövzusunda ədəbi bədii gecə

   Bakı şəhəri Xətai rayonu E.Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə 21 Fevral ‘’Beynəlxalq Ana Dili Günü’’ Munasibətilə ‘’Dilimiz varlığımızdır’’mövzusunda ədəbi bədii gecə keçirildi. Məktəbin direktoru Hüseynova Könül,təlim-tərbiyə işleri üzre direktor müavini Qafurzadə Vəfa,məktəb icması Fuad Qasımov,məktəbdə təcrübə keçən tələbələr, müəllim və şagird heyəti iştirak etdilər.Şagirdlərimiz şair və yazıçılardan Ana dilinin qədimiliyi, zənginliyi, sadəliyinə aid nümünələr gətirərək tədbirə rəng qatdılar. Ümummilli Lider H.Əliyevin müdrik fikirlərini əsas tutaraq qeyd edilldi:’’Hər bir xalqın milliliyini,mənəvi dəyərliyini yaşadan,inkişaf etdirən onun dilidir.Ana dili bilməmək,onun dilini qiymətləndirməmək, Şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir’’. Tədbirin sonunda Şagirdlər Ana Dilimizə aid mahnılar oxudular və milli rəqslər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi