“Kiçik Akademiya” üzvlərinin görkəmli oftalmoloq Zərifə xanım Əliyeva haqqında araşdırmaları

Məktəbin kitabxanasında görkəmli oftalmoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə 5-9 sinif şagirdləri iştirak etdilər, şagirdlər görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər haqqında təqdimat təqdim etdilər, şeirlər söylədilər, mahnı oxudular və “Göz həkimi” tamaşasından fraqment hazırladılar. Şagirdlər çıxış edərək bildirdilər ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu etibarlı silahdaşı olub. Vaxtilə ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Zərifə xanım Əliyeva Azərbaycan xalqına 44 günlük Vətən müharibəsinin şəriksiz müəllifi, Qarabağın xilaskarı, ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevi bəxş edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi