Məktəbin "Kiçik Akademiya"sının üzvləri “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinə start verdilər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinə start verilir. Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir. İki mərhələdən (məktəb və şəhər) ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin aşağı yaş qrupları (I-VII siniflər) və yuxarı yaş qrupları (VIII –XI siniflər) üzrə şagirdləri iştirak edəcəklər. Müsabiqənin ilk mərhələsində şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatından əsərləri oxuyaraq gündəlik hazırlayacaqlar. Bu müsabiqə haqqında məktəbin kitabxanasında şagirdlərlə müzakirə aparıldı. Məktəbin ditektoru Hüseynova Könül, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əhmədova Xatirə, Azəbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Nəcəfova Gülnarə və müəllimlər Əlixanova Rübabə, Muradova Rita müsabiqənin şərtləri haqqında şagirdlərə geniş məlumat verdilər. Şagirdlər oxuduqları əsərlər haqqında apardıqları öz qeydlərini müəllimlərlə paylaşdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi