Məktəbin "Kiçik Akademiya"sının üzvləri “Su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsi” mövzusunda tədqiqatlat aparırlar

“Su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsi” mövzusunda məktəbimizin biologiya müəllimi Sənubər Süleymanova 8B sinif şagirdlərinə geniş məlumat verdi. Həmçinin Sənubər müəllimə bildirdi ki, su orqanizmin həyat fəaliyyəti ilə əlaqədar olan bütün kimyəvi dəyişikliklərin baş verməsi üçün mühit yaradan amildir. Bütün qida maddələri yalnız suda həll olmuş halda bağırsaqlardan qana və oradan da toxumalara keçir. Mübadilə nəticəsində əmələ gələn son məhsullar, həmçinin, su vasitəsilə yuyulub orqanizmdən xaric olur. Su, həmçinin, orqanizmdə gedən bir sıra mübadilə reaksiyalarında bilavasitə iştirak edir. Şagirdlər də su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifada haqqında danışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi